Bugün - Saturday, December 14, 2024
Foto Galeri
Video Galeri
Firma Rehberi
Künye
Reklamlar
Üye İşlem
 Bize Ulasin
www.musikidergisi.com Logo
-
İstanbul 27°°C
Haber Detayları

Azerbaycan'dan: "Azərbaycanlı alim Beynəlxalq Musiqişünaslıq Cəmiyyətinin konqresində iştirak edib..."

Azerbaycan'da yayınlanmakta olan Medeniyet Dergisi'nin haberini olduğu gibi aktarıyoruz. Keşke diğer Türk Cumhuriyetlerindeki müzik etkinlikliklerinden haber düzenleme imkanımız olsa da yayınlasak... Azerbaycanlı müzikolog Suraya Agayeva'nın Tokyo'da düzenlenen İnternational Musicology Society'de sunduğu bildiri ve katılımı ile ilgili haber şöyle:

KONGRE SEMP.PANEL Haberi - Monday, April 10, 2017 - 12:35
Azerbaycan'da yayınlanmakta olan Medeniyet Dergisi'nin haberini olduğu gibi aktarıyoruz. Keşke diğer Türk Cumhuriyetlerindeki müzik etkinlikliklerinden haber düzenleme imkanımız olsa da yayınlasak... Azerbaycanlı müzikolog Suraya Agayeva'nın Tokyo'da düzenlenen İnternational Musicology Society'de sunduğu bildiri ve katılımı ile ilgili haber şöyle:
Resmi küçültmek için üzerini tıklayın...

"Mart ayının sonlarında Yaponiyanın paytaxtı Tokio'da Beynəlxalq Musiqişünaslıq Cəmiyyətinin (İnternational Musicology Society - İMS) sayca 20-ci yubiley konqresi keçirilib(geçrçekleştirildi). 600-dən çox mütəxəssisin qatıldığı nüfuzlu elmi məclisdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva da iştirak edib.(katıldı). 

Sürəyya xanım beynəlxalq tədbirlərdə Azərbaycan musiqi nəzəriyyəsi elmini, xüsusən də muğamlarımızın tarixini yorulmadan təbliğ edən alimlərimizdəndir. Bizimlə söhbətində bildirdi ki, budəfəki konqres «Musiqişünaslıq: nəzəriyyə və təcrübə, Şərq və Qərb» mövzusuna həsr olunmuşdu. Dünya musiqişünaslığında orta əsr Şərq musiqisinə dair traktatlara, risalələrinə çox zaman sxolastika, təcrübəyə heç bir aidiyyəti olmayan əsər kimi münasibət bəslənilir. Ərəb hərfləri, işarələri ilə qeyd edilən musiqi səslərinin şəkli olan cədvəlləri açmaq, başa düşmək çətindir. Məsələn, Əbu Nəsr Fərabi, Səfiəddin Urməvi ərəbcə, Əbdülqadir Marağayi farsca yazıb. Üstəlik, onların yazdığı dil indiki müasir ərəb, fars dillərindən qəlizdir. Digər çətinlik də həmin əsərlərin üzlərini köçürən xəttatların bəzi musiqi istilahlarının yazılışında səhvlərə yol verməsi ilə bağlıdır. 

Ömrünü Şərq musiqi traktatlarının öyrənilməsinə həsr etmiş Sürəyya Ağayeva bu konfransda belə səthi fikirləri inkar edən «Orta əsr Şərqində musiqi haqqında traktatlarda nəzəriyyə və təcrübənin əlaqələri haqqında» mövzusunda çıxış edib. 

Məruzə Əl-Kindinin (IX əsr), Fərabinin (X əsr), eləcə də orta əsrlər Azərbaycan musiqiçi-alimləri Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin əlyazmalarından illüstrasiyalar və milli muğamlarımızdan videofraqmentlər ilə müşayiət olunub. O, məruzəsində sübuta yetirib ki, adıçəkilən alimlərin nəzəri əsərlərinin musiqi ifaçılığı, xüsusən də Azərbaycan muğamları ilə sıx əlaqəsi var. 

Sürəyya xanım təşkilatın 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə 2012-ci ildə «Şərq-Qərb» nəşriyyatında rus dilində çap olunmuş «Azərbaycan Muğamı Ensiklopediyası»nı Beynəlxalq Musiqişünaslıq Cəmiyyətinə (BMC) və Tokio İncəsənət Universitetinə hədiyyə edib. O, müəllifi və tərtibçisi olduğu bu ensiklopediyanı təqdim edərkən diqqətə çatdırıb ki, nəşrin redaksiya heyətinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevadır. Vurğulanıb ki, Heydər Əliyev Fondunun prezidenti olan birinci xanımın məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan muğamı dünya miqyasında layiqincə təbliğ olunur.

 BMC-nin prezidenti, professor Daniel Çua, Tokio İncəsənət Universitetinin professoru Tsuçida Eyzaburo sanballı tədqiqat toplusunu böyük minnətdarlıqla qəbul ediblər. (1)

_______________________________
  (1) Gülcahan Mirməmməd, 07 Nisan 2017

http://medeniyyet.az/page/news/38488/Azerbaycanli-alim-Beynelxalq-Musiqisunasliq-Cemiyyetinin-konqresinde-istirak-edib.html 

Facebook'ta Paylaş
 
Anahtar Kelimeler:Azerbaycanda, yayınlanmakta, olan, Medeniyet, Dergisinin, haberini, olduğu, akta,
Kaynak / Editör
 
Yorumlar
*** Yorum Yaz
Bu habere hiç yorum yapılmamış, ilk yorumu siz yapın.

Diğer KONGRE SEMP.PANEL Haberleri
MÜZDAK “2021 Popüler Müzik Besteciliği Paneli” Sonuç Raporu…
Gökmen Özmenteş “Okan Murat Öztürk ile Salı Söyleşileri“nde...
Çocuk Şarkıları ve Okul Marşları Besteciliği Paneli Raporu…

Çocuk Şarkıları ve Okul Marşları Besteciliği Paneli Raporu…
Prof. Erol Parlak “Okan Murat Öztürk ile Salı Söyleşileri“nde...
Ayhan Sarı “Okan Murat Öztürk ile Salı Söyleşileri“nde...
Tanbûrî Cemil Bey -online- Sempozyumu 7-9 Mayıs 2021'de...
Türk Musikisi Federasyonu (TÜMFED) Türk Müziği Çalıştayı...
En Çok Okunanlar
En Çok Yorumlananlar
Diğer Başlıklar

Manisa’nın Musiki Hocası - Ahmet Esat Uğurlu... Cemil Altınbilek
Ferit Tan (1906-1991)... Cemil Altınbilek
Türk Musikisi Federasyonu’nda yeni yönetim göreve başladı…
Serhanende Nurettin Çelik... Bülent Aksoy
Datça Türk Müziği Günleri'ne müracaatlar başladı...
Münih LMU Müzikoloji Enstitüsü’nde "Gültekin Oransay" rafı... Nesrin Kalyoncu
Fırat Kutluk “Neden Müzik Dinleriz?“...
Balıkesir Türk Musikisi Sempozyumu (2022) ...
Gördüğümüzü mü icrâ ediyoruz ?.. Dr. Fatih Coşkun
Prof.Dr. Gültekin Oransay'ı 32 yıl önce bugün 59 yaşında kaybetmiştik... Ayhan Sarı
Günün Sözü
İlaçlar gibi vitamin ve gıda desteklerinin de modası var…
(Ahmet Rasim Küçükusta)
Yazarlar 
Röportajlar
Fırat Kutluk “Neden Müzik Dinleriz?“...
Ayhan Sarı - Kitabın adından başlayalım mı?  Buna bağlı olarak da kitabın sonunda müziği neden dinlediğimizin yanıtını veriyor musun? Fırat Kutluk - ...
»
»
»
Tarihte Bugün
Arşiv Arama
Facebook
Anasayfa
Site Haritasi
Sitenize Ekleyin
RSS Kaynagi
Hakkimizda
Reklamlar
Künyemiz
Facebook
Twitter
Bize Ulaşın
Copyright ©2013 - Tüm haklari sakli tutulmaktadir.
Bu sitede yayinlanan tüm resim, materyal ve içerigin telif haklari tarafimizca sakli olup izinsiz alinip kullanilamaz.
0.24ms
cheap jordans|wholesale air max|wholesale jordans|wholesale jewelry|wholesale jerseys