TELLİ ÇALGILAR YARIŞMASI
Müsabiqənin Ümumi Prosesi barəsində Məlumat
- Müsabiqə Azərbaycan, Türkiyə və İran ölkələri arasında virtual olaraq İnstagramda bərpa olacaqdır.
- SoundUnion tərəfindən bərpa olunan 2-ci Musiqi Müsabiqəsində bütün Mizrabla çalınan Tar (Azrəbaycan, İran), Qopuz, Bağlama, Setar, Dütar, Təmbur, Qanun, Səntur, Ud və S. kimi şərq musiqi alətləri ifaçıları, fərqli janırlarla birgə (Klasik, Muğam, Caz və S.) məhdudiyyətsiz qatıla bilərlər. -
Müsabiqə iki mərhələdə bərpa olacaqdır:
1-ci Mərhələ: İştirakçılar tərəfindən Göndərilən bütün videolar, göndərilən seriya və nömrə sırasıyla Sound.Union instagram səhifəsində yüklənəcək. Bu mərhələ sonunda münsiflər heyətinin verdiyi ballar əsasında, 10 nəfər bütün iştirakçılar arasından 2-ci mərhələyə gedəcəkdir.
2-ci Mərhələ: 1-ci Mərhələdə seçilən 10 nəfər hər biri yeni bir video Müsabiqəyə 2-ci mərhələyə qatılmaq üçün göndərəcəkdir. Göndərilən videolar arasından Münsiflər Heyətinin veridiyi ballar əsasında 2 iştirakçı 1-ci və 2-ci yerə nail olacaqdır. Həmçinin bu mərhəldə 3-cü yer (Xalqın Ödülü) instagram like-ları əsasında təyin olacaqdır.
Yeni Videolar öncədən təyin olunmuş zamanda, Sound.Union instagram səhifəsindən ümum üçün yayımlanacaqdır. Yayından sonra isə, 1-ci, 2-ci və 3-cü (Xalq Ödülü) elan ediləcəkdir.
Müsabiqənin qaliblərinin mükafatı, qatıldıqları ölkənin pul vahidi əsasında hədiyyə ediləcəkdir:
1-ci yer: Azərbaycan 300 Manat, İran 20Milion Rial, Türkiyə 1000 Türk Lirası
2-ci yer: Azərbaycan 150 Manat, İran 10Milion Rial, Türkiyə 500 Türk Lirası
Xalq Mükafatı: Azərbaycan 70 Manat, İran 5Milion Rial, Türkiyə 250 Türk Lirası
- Müsabiqənin afişası 11 May müsabiqənin instagram səhifəsindən ümuma paylaşılacaqdır.
- Müsabiqə 15 Maydan başlayıb və həmin gündən göndərilən videolar sırayla müsabiqənin instagram səhifəsinə yüklənəcəkdir.
- İştirakçıların 29 May saat 23:59a qədər videolarını göndərməklə müsabiqəyə qatılmaya möhlətləri var.
- Bu tarixə qədər göndərilən bütün videolar instagram səhifəsinə sırayla yüklənəcək.
- Münsiflər heyəti ayrı-ayrı iştirakçıların instagram üzərində yüklənən videoları əsasında dəyərləndirəcəklərdir. Bal sistemi hər iştirkaçı üçün ən az 1 və ən çox 10 olmalıdır.
- Münsiflər heyəti ayrı-ayrı verdikləri balları yazılan sıra ilə Mayın 31i saat 14ə qədər, Münsüflər Heyətinin Whatsapp qrupuna göndərməlidirlər.
- Bütün jurilərin balları bir yerə toplanaraq EXEL proqramı vasitəsi ilə bir-birilə cəmlənib və dəqiq hesablama ilə, birinci mərhələnin 10 qalib iştirakçısı məlum olacaqdır. Hazırlanan sonuc, PDF file-ı olaraq Whatsapp qurupuna dəyərli münsiflər heyətinin kontrolu üçün yüklənəckdir.
- Birinci mərhələnin 10 nəfər qalibi İyunun 2si müsabiqənin instagram səhifəsindən ümum üçün paylaşılacaqdır. - Birinci mərhələnin qalibləri İyunun 5i saat 23:59a qədər yeni videolaarını göndərməyə möhlətləri vardır.
- Göndərilən yeni videolar son 2 qalibi təyin etmək (2-ci Mərhələ) üçün Münsiflər Heyətininin Whatsapp qurupuna yüklənəcəkdir.
- Münsiflər heyəti hər biri ayrı-ayrı qalib 2 iştirakçını 2dən ballarndırma sistemi ilə (1-ci yer 2bal, 2-ci yer 1bal) İyunun 6sı axşam saat 18ə qədər qurupda paylaşmalıdırlar.
- 10 iştirakçı üçün Göndərilən son ballar bir-bir ilə cəmlənib və son 2 qalib təyin ediləcəkdir.
- Xalq Mükafatı həmin gün İnstagram Like-ları əsasında seçiləcəkdir.
- 10 iştirakçının yeni videoları öncədən təyin olunmuş zamanda, Sound.Union instagram səhifəsindən ümum üçün yayımlanacaqdır. Yayından sonra isə, 1-ci, 2-ci və 3-cü (Xalq Ödülü) elan ediləcəkdir